Xəbərlər

Heç bir səy göstərmədən yaddaşın gücləndirilməsi

Bakı, 19 fevral, AZƏRTAC

 


Yaddaşın gücləndirilməsi üçün çox sadə bir üsuldan istifadə etmək olar. 


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, istifadə olunan həmin üsul tələbələr və Alsgeymer xəstələri üçün çox əhəmiyyətlidir. Yeni bir məlumatı öyrənərkən çox səy göstərməyin əhəmiyyətli olacağını sanırıq. Amma ehtiyacımız olan məlumatı öyrəndikdən sonra qısa müddətdə heç nə etməməliyik. Nəticədə öyrəndikdən sonra 10-15 dəqiqə ərzində həmin məlumatı xatırlayırıq. 


Öyrənmə zamanı müntəzəm fasilələr verilməlidir və bu vaxt ərzində yaddaşı yormamaq vacibdir. Bu müddət ərzində telefona baxmamaq, internetdən istifadə etməmək, ümumiyyətlə, heç nə ilə məşğul olmamaq lazımdır. Bu, yalnız tələbələr üçün deyil, həmçinin yaddaşsız insanlar, Alsgeymer xəstələri üçün də keçərlidir. 


Təcrübələr göstərir ki, öyrənmə və yadda saxlama, xatırlama qabiliyyəti bu üsulla müsbət nəticələr verir.