Xəbərlər

Fərqinə varmadan beyinlərimiz bir-biri ilə söhbət edə bilərmi?

Fərqinə varmadan beyinlərimiz bir-biri ilə söhbət edə bilərmi?

 

Bu barədə ABŞ-ın Northvestern Universitetinin professoru Moran Cerf araşdırma aparıb. O, 10 ildir ki, insanların qərar vermə qabiliyyəti üzərində çalışır.  


Professor Moran Cerf elektrik siqnallarının beyin sinxronizasiyasına dair araşdırmasının nəticəsi olaraq bildirib ki, insanlar birlikdə vaxt keçirməyə başladıqları zaman beyin dalğalarında oxşarlıqlar meydana gəlir. Onun sözlərinə görə, bir insanla vaxt keçirərkən onunla bərabər eyni fikirlər yarana bilər.

 

M.Cerfin tədqiqatı zamanı bir neçə filmi seyr edən iki insanın beynində eyni cür fəaliyyət nümunələri bərqərar olur. İki həftə ərzində eyni filmi seyr edən, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşan və sadəcə bir-biri ilə danışan iki nəfər dil, duyğu və düşüncə cəhətdən ortaq həyat tərzi yaşayır və eyni fikirlərə sahib olurlar. 


Beləliklə, həyatda verə biləcəyiniz ən doğru qərar vaxtınızı kiminlə keçirəcəyinizi düşünülmüş şəkildə seçməkdir. Çünki bu, həyatınıza birbaşa aid olan ən önəmli məsələdir.