
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Cahan” uşaq bagçasının sakinləri M.F.Axundzadə adına Milli Kitabxananın qonağı olublar.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edilib. Balacalara kitablar hədiyyə olunub, onlar da öz növbəsində Açıq Kitabxananın fonduna kitablar bağışlayıblar.
Müəllimə Nərmin Fəttahova burada keçirdikləri vaxtdan çox məmnun qalan uşaqların adından Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.
14.02.2018