Xəbərlər

Gənc Tamaşaçılar Teatrı uşaqlar üçün maraqlı tamaşalar təqdim edəcək

Bakı, 30 yanvar, AZƏRTAC
 
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2018-ci ilin fevral ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
3 fevral – Xanımana Əlibəyli. “Dovşanın ad günü”;
4 fevral – Abdulla Şaiq. “Danışan gəlincik”;
10 fevral – Aleksey Tolstoy. “Buratinonun macəraları”;
11 fevral – Astrid Lindqren. “Balaca və damda yaşayan Karlson”; 
17 fevral – Astrid Lindqren. “Uzuncorab Peppi”; 
18 fevral - Azərbaycan xalq nağılı “Göyçək Fatma”;
24 fevral - Azərbaycan xalq nağılı “Məlikməmməd”;
25 fevral – Conatan Svift. “Qulliver Cırtdanlar ölkəsində”;
Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq.