Məktəblilər arasında keçirilən intellektual oyunun qalibləri müəyyənləşib
Bakı, 29 yanvar, AZƏRTAC
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarış bu qurumun tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin komandası birinci, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Zəngi liseyinin komandası ikinci, 312 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar kubok, medal və diplomla təltif edilib.