Uşaqlarınıza bol şəkilli kitab oxuyun
Bakı, 23 yanvar, AZƏRTAC
Həkimlər valideynlərə kiçik yaşlı uşaqları üçün çoxlu şəkilləri olan kitablar oxumağı məsləhət bilirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Amerika Pediatriya Akademiyası tərəfindən araşdırma aparılaraq hesabat nəşr olunub.
Hesabatda bildirilir ki, araşdırma 3-5 yaşlı uşaqlar arasında aparılıb. Müəyyənləşib ki, kitabların yüksək səslə oxumağı uşaqlarda dilin inkişafına, mövzu qavrayışına səbəb olur. Bu, onların hərəkətlərinə, başqaları ilə rəftarına müsbət təsir göstərir.
Kitabın ucadan oxuması və şəkillər uşağın marağına səbəb olur. Kiçik yaşlı bir uşağa şəkilli kitabı açıb göstərsək, onun gözlənilməz reaksiyasının şahidi olarıq. Buna görə də uşaqların rəftarını, dil qavrayışının inkişafını, beyinin aktivliyini artırmaq üçün şəkilli kitablardan istifadə etmək əhəmiyyətlidir.
23.01.2018