Xəbərlər

“Qış nağılı” uşaqları bir araya gətirib

“Leyla art” studiyasında uşaq rəsmlərindən ibarət “Qış nağılı” adlı sərgi açılıb. 


Sərginin kuratoru Elnurə İsgəndərova AZƏRTAC-a deyib ki, sərgidə paytaxtdakı rəsm dərnəklərini təmsil edən 6-16 yaşlı uşaqların əl işləri nümayiş olunub.


Sərginin ekspozisiyasında  yurdumuzun qış mənzərələrini əks etdirən 80-dək sənət əsəri izləyicilərin ixtiyarına verilib. Tədbirin sonunda iştirakçılar diplomla təltif ediliblər.