Xəbərlər

Argentinalı “Rapunzel” Ginnesin Rekordlar Kitabına düşüb

Argentinanın Kordoba kəndində yaşayan 17 yaşlı Abril Lorenzatti saçlarının uzunluğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.
 
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, saçlarının uzunluğu 1,52 metr olan argentinalı qıza “Rapunzel” adı veriblər. 
 
Uşaq ikən şahzadələrə bənzəməyi xəyal edən çox uşaq var. Argentinalı Lorenzattinin bir şahzadə olma hekayəsi isə bərbərdə olarkən uğursuzluqla nəticələn saç kəsimi ilə başlayıb. Bu uğursuzluqdan sonra o, bir daha bərbərə getmir. Onun saçları getdikcə uzanır və bu, görənlərin də xeyli marağına səbəb olub.