Xəbərlər

Stolüstü tennis üzrə yarışda 238 nömrəli məktəbin komandası birinci yeri tutub

Bakı, 21 dekabr, AZƏRTAC  

 


Paytaxt üzrə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil edib. BŞTİ-nin tabeliyindəki 258 nömrəli tam orta məktəbdə təşkil olunan yarışın final mərhələsində 8 komanda iştirak edib.     

 
Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışın nəticələrinə əsasən, 238 nömrəli tam orta məktəbin komandası birinci  yerə layiq görülüb. “İstək” və “Kaspi” liseylərinin komandaları müvafiq olaraq II və III yerləri tutub. 


Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib.