“Hörümçək adam” Bakı teatrında uşaqlarla görüşəcək
Azərbaycan Dövlət gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi azyaşlı dostlarına unudulmaz Yeni il əyləncəsi yaşatmaq üçün çox maraqlı və əyləncəli tamaşa hazırlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni ilin ilk günlərində nəinki uşaqların hətta böyüklərin də sevimli qəhrəmanı olan “Hörümçək adam“ teatrın səhnəsində uşaqlarla görüşə gələcək.
Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim edir. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Tamaşanın premyerası dekabr 28-nə nəzərdə tutulur. Sənət ocağının Yeni il proqramı yanvarın 7-dək davam edəcək.
20.12.2017