Xəbərlər

Dama idman növü üzrə yarışlarda 5 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub

Bakı, 20 dekabr, AZƏRTAC  

 


Paytaxtdakı ümumtəhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi turnirdə I-XI sinif şagirdləri qüvvələrini sınayıblar. 


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, turnirin nəticəsinə görə, 5 nömrəli tam orta məktəbin komandası birinci, akademik Zərifə Əliyeva adına Liseyin komandası ikinci, 323 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.


Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. 


Yarışda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.