Xəbərlər

Musiqi məktəbinin şagirdləri Emin Sabitoğlunun yaradıcılıq aləminə səyahət ediblər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi qeyd olunub. Tədbir Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.


AZƏRTAC xəbər verir ki, məktəbin direktoru, Əməkdar Müəllim İkram Manafov  belə tədbirlərin gənc nəslin bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətindən danışıb.


Sonra bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.


Daha sonra Azərbaycan Milli Konservatoriyanın müəllimi Anar Şuşalının, tələbələrin və musiqi məktəbinin xanəndəlik və vokal sinfinin şagirdlərinin ifasında bəstəkarın mahnıları dinlənilib.