Xəbərlər

Füzuli Dövlət Dram Teatrı “Qış möcüzəsi-3” adlı şou-proqramla uşaqları sevindirəcək

Füzuli, 14 dekabr, AZƏRTAC

 


Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə “Qış möcüzəsi-3” adlı şou-proqramla uşaqları sevindirəcək.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 18-dən yanvarın 10-dək teatr binasında, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təqdim olunacaq proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev, ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. 


Şaxta baba və Qar qızın, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirak edəcəyi şou-proqramda uşaqların əylənməsi, Yeni ili daha yadda qalan və maraqlı keçirmələri üçün müxtəlif oyunlar təşkil olunacaq. Hazırda teatrda “Qış möcüzəsi-3” adlı şou-proqramının məşqləri gedir.