KİV nümayəndələrinin uşaqları "Ulduz" Şokolad Fabrikində ekskursiyada
"Ulduz" Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib. Ekskursiyada iştirak edən 7-15 yaşlı olan uşaqlara şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub, şokolad məhsullarının hazırlanma texnologiyasından danışılıb.
Bundan əlavə, mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsində gəzinti təşkil edilib. Gəzinti zamanı uşaqlar şokoladın hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.
Ekskursiya iştirakçıları hazırlanan məhsulların yerindəcə dadına baxıblar. Uşaqlara "Ulduz" Şokolad fabrikinin məhsulları hədiyyə olunub.
Qeyd edək ki, ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik "Ritm", "Rocky", "Tango", "Xonça", "Ridli", "Wesley", "Sweet" və digər məhsullarla xarici bazarlarda da böyük nüfuz qazanıb.
09.12.2017