Xəbərlər

Polisin tariximizin öyrənilməsinə töhfəsi

Bu yaxınlarda işıq üzü görmüş, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanan “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə tədris vəsaitləri şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədilə hazırlanıb.


AZƏRTAC xəbər verir ki, məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması prosesi bir-biri ilə bağlı olan kompleks mərhələlərdən ibarətdir. Dərsliyin didaktik baxımdan tələblərə tam şəkildə cavab verməsi passiv öyrənməni tamamilə aradan qaldırır, şagirdlərə tədris olunan fənni mənimsəməyə kömək edir.

 

Qeyd olunan cəhətləri nəzərə alaraq şagirdlərdə kurikulum proqramının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərin formalaşdırılması üçün vəsaitdə tarixi hadisələr, səbəb-nəticə əlaqələri aydın, sadə və anlaşıqlı üslubda şərh edilmişdir. Bundan əlavə şagirdlərin ümumiləşdirmə aparması və mövzuları daha yaxşı qavraması üçün tarixin müxtəlif dövrlərinə aid şəkil, sxem və cədvəllər, xəritələr və terminlər verilməsi vəsaitdən istifadə edənlərə qısa vaxt ərzində səmərəli bilik və yaxşı nəticə əldə etməyə imkan verəcəkdir.


Kitabın müəlliflərindən biri Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov ümumilikdə 9 dərs vəsaiti və 5 tədris proqramının müəllifidir ki, bunların bəziləri ali məktəb tələbələri üçün nəzərdə tutulub. O, bu istiqamətdə araşdırmalarını davam etdirir.