
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu balaca və rusdilli tamaşaçılarına maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-də saat 19.00-da uşaqlar üçün “Fransızsayağı qarnir” iki hissəli komediyasını təqdim olunacaq.
Dekabrın 9-də saat 12.00-da balacalar “Düyməcik”, dekabrın 10-da isə “Qırmızıpapaq” musiqili nağıl-tamaşasını izləyə biləcək.
Uşaqlar səhnə əsərlərində sevimli aktyorlar - Xalq artistləri Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko və başqalarını digərlərini görmək imkanı əldə edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
05.12.2017