"Apple" şirkəti 12 yaşdan yuxarı uşaqlara "kodlaşdırma" öyrədəcək
Dekabrın 4-dən 10-na kimi "Apple" şirkəti 12 yaşdan yuxarı uşaqlara "kodlaşdırma" öyrədəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu il beşinci dəfə keçirilən "Kodlaşdırma saatı" adlı emalatxana işində uşaqlar müxtəlif proqramları öyrənəcək, hətta robotları da proqramlaşdıra biləcəklər.
Burada, həmçinin uşaqlara dünya miqyasında olan proqramlardan asanlıqla istifadə etməyin üsulları öyrədiləcək.
04.12.2017