Uşaqların əfsanəvi cizgi film qəhrəmanı Tsubasa yenidən ekranlara qayıdır
Uşaqların əfsanəvi cizgi film qəhrəmanı Tsubasa ekranlara geri qayıdır.
AZƏRTAC xəbər verir ki, 1983-1986-cı illərdə dünyada məşhurlaşan cizgi filmi “Tsubasa” yenidən ekrana dönməyə hazırlaşır. “Tsubasa”nın yaradıcıları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatından əvvəl 24 seriyadan ibarət cizgi filmi yayımlayacaq.
İki yayım mövsümü davam edəcək və Yaponiyanın Dünya çempionatında iştirakına həsr edilən cizgi filmində “Tsubasa”nın Messi, Ronaldo və Nouyer kimi dünya ulduzları ilə mübarizə hekayəsi nümayiş olunacaq.
01.12.2017