Xəbərlər

Sibirdə -50 dərəcə olmasına baxmayaraq dərslər davam edir

Rusiyanın Sibir bölgəsində havanın temperaturunun mənfi 50 dərəcə olmasına baxmayaraq, məktəblərdə dərslər davam edir.  Hava həddən artıq soyuq keçsə də, burada tətil elan olunmayıb. 


Sibirin şimal-şərqindəki Yakutiya respublikasında yerləşən Oymyakon kəndində havanın soyuqluğu daha çox müşahidə edilib.  Belə ki, həmin kənd insanların yaşadığı ən soyuq yer kimi tarixə düşüb. Burada 1973-cü ildə havanın temperaturu mənfi 65 dərəcə olub.