Xəbərlər

Şahmat üzrə muxtar respublika birinciliyi başa çatıb

Naxçıvan Şahmat Mərkəzində keçirilən sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 20 zəka sahibi mübarizə aparıb. Turnir İsveçrə sistemi üzrə 5 turdan ibarət olub.

Bütün rəqiblərinə qalib gələn Yusif Səfərəliyev turnirin qalibi adını qazanıb. Digər iki pillədə Turan Nağıyev və Ramil Ələkbərov qərarlaşıb.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.