“YARAT”dan uşaqlar üçün növbəti layihə
Bakı, 29 noyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Little Voice” layihəsinin ilk tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, “Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Tədbir çərçivəsində doqquz uşaq-spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndirilib.
Uşaqlar tədbir çərçivəsində dünyaya uşaqların gözü ilə baxmaq imkanı əldə ediblər. Qeyd edək ki, tədbir uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platforma kimi yadda qalıb.
29.11.2017