Xəbərlər

"Şelkunçik" Opera və Balet Teatrının səhnəsində

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Şelkunçik" ikipərdəli baleti nümayiş etdiriləcək. Baletin librettosunu M.Petipa E.Hofmanın "Şelkunçik və siçanlar padşahı" nağılının motivləri əsasında yazıb.

 

Baletin premyerası 1892-ci ildə Sankt-Peterburqda Mariya Teatrında olub. Ştalbaum ailəsində Yeni il ziyafəti, uşaqlara hədiyyələr verilməsi, Marinin Şelkunçik əlində yuxuya getməsi və digər maraqlı səhnələrlə zəngin bu əsər hər zaman böyük maraqla qarşılanır.  


"Şelkunçik" Opera və Balet Teatrının səhnəsində saat 14:00-da göstəriləcək.