Musiqili Teatr uşaqlar üçün tamaşalar hazırlayıb
Bakı, 6 noyabr, AZƏRTAC
Əziz uşaqlar! Azərbaycan Dövlət Musiqili Teatrının 2017-ci ilin noyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.
11 noyabr – Əli Səmədli. “Meşə çaqqalsız olmaz”;
12 noyabr - Rəna Ağayeva, Aleksandr Kurlyandski, Arkadi Xayt. “Bir dayan, canavar”;
18 noyabr - Vyaçeslav Ulanovskiy, Vladimir Orlov. “Qızıl cücə”;
19 noyabr – Ceyms Barri, Qrimm qardaşları. “Bremen musiqiçiləri və Pen”;
25 noyabr - Rəşid Şəfəq, Vladimir Zimin “Yağış göbələyinin macərası”;
26 noyabr - Oqtay Zülfüqarov, Ramiz Heydər. “Dəcəl çəpişlər”.
Tamaşalar saat 12-də başlayır.