Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı tamaşalar oynanılacaq

Bakı, 3 iyun,  AZƏRTAC
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
3 iyun - Hans Kristian Andersen. “Çirkin ördək balası”; 
4 iyun – Şarl Perro. “Çəkməli pişik”;
10 iyun – Süleyman Sani Axundov, A.Şaiq “Qaraca qız”; 
11 iyun – rus xalq nağılı “Qoğalın nağılı”;
17 iyun - Azərbaycan xalq nağılı “Göyçək Fatma”;
18 iyun - Azərbaycan xalq nağılı “Məlikməmmədin nağılı”;
24 iyun – Abdulla Şaiq. “Danışan gəlincik”;
25 iyun – Canni Rodari. “Çipollino” (premyera).
 
Tamaşalar saat 14:00-da nümayiş olunacaq.