
Bakı, 10 aprel, AZƏRTAC
“Facebook”, “İnstagram”, “Snapchat” kimi sosial şəbəkələrdən gündə bir saat istifadə edən uşaqların xoşbəxtliyi azalır.
AZƏRTAC xəbər verir ki, “The Times” qəzetinin təhsil üzrə redaktoru Rosemary Bennettin araşdırmalarının nəticəsi olaraq verdiyi məlumata görə, sosial şəbəkədə bir saat vaxt keçirmək uşaqların “tamamilə xoşbəxt” hissetmə ehtimalını yüzdə 14 nisbətində azaldır.
Sosial şəbəkələrdə az vaxt keçirən uşaqlar məktəbdə, ailədə özlərini daha xoşbəxt hiss edirlər.
10.04.2017