Bakı, 5 fevral, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Autizm barədə İnformasiyanın Yayılması Beynəlxalq Gününə həsr edilmiş tədbir keçirib.
Teatrın və Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbir çərçivəsində tanınmış yazıçı və publisist Günel Anarqızı, bəstəkar Vüqar Camalzadə, "Mədəniyyət.Az" jurnalının baş redaktoru Zöhrə Əliyeva və digər mədəniyyət xadimlərinə “Autizmli uşaqların dostu” mükafatı təqdim edilib.
Gecədə “Əlimdən tut” adlı pantomina tamaşası göstərilib.Tamaşada A.Şaiq adına Kukla Teatrının aparıcı aktrisası Cəmilə Allahverdiyeva, “Oyuq” teatr-studiyasının gənc aktyorları, habelə autizmli uşaqlar iştirak ediblər.
İdeyası rejissor və ssenarist Səadət Haqverdiyevaya məxsus olan tamaşanın sonunda autizmli uşaqlardan bəhs edən mahnı səslənib. Mahnının musiqisi Vüqar Camalzadənin, sözləri Cəmilə Allahverdiyevanındır.
Tamaşanın rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
06.04.2017