Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı tamaşalar oynanılacaq

Bakı, 1 aprel, AZƏRTAC
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aprel ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
2 aprel – Abdulla Şaiq. “Danışan gəlincik”;
7 - 9 aprel – Oksana Rozum. “Biri var idi, biri yox idi...” (Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol tamaşası);
12 aprel – Şarl Perro. “Çəkməli pişik”;
14 aprel – Hans Kristian Andersen. “Çirkin ördək balası”;
15 aprel -Azərbaycan xalq nağılı. “Göyçək Fatma”;
16 aprel – Süleyman Sani Axundov, Abdulla Şaiq. “Qaraca qız”;
22 aprel – Abdulla Şaiq. “Tıq-tıq xanım”;
23 aprel – Panço Pançev. “Dörd əkizin nağılı”;
29 aprel – Xanımana Əlibəyli. “Aycan”;
30 aprel – Xanımana Əlibəyli. “Dovşanın ad günü”.
 
Tamaşalar saat 10:00, 12:00, 14:00 və 16:00-da nümayiş olunacaq.