Xəbərlər

Türkiyənin çox sevilən qəhrəmanı Pepee Bakıya gəlir

 

Bakı, 13 yanvar, AZƏRTAC
 
Martın 18-19-da Bakıda ilk dəfə Heydər Əliyev Sarayında “Pepee” uşaqlar üçün interaktiv tamaşa göstəriləcək.  “Pepee” rəqs və oyunlarla müşayiət olunan ən populyar türk musiqili uşaq tamaşasıdır. Uşaqlar tamaşanın bərabərhüquqlu iştirakçılarına çevrilərək interaktiv oyunlarda bacarıqlarını nümayiş etdirirlər.  İki hissədən ibarət tamaşada uşaqlar Pepee, Şuşu və digər qəhrəmanların mahnılarını dinləyəcək, onlarla birlikdə rəqs edəcək və interaktiv oyunlarda iştirak edəcəklər.