Cavanşir - Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur. O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur.