Dünyada ən gəlirli sahələrdən biri hesab olunan turizm fəal istirahətin ən geniş yayılan, eyni zamanda ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur. İl ərzində iş və təhsil prosesində tədricən yığılan yorğunluğun, psixoloji və emosional gərginliyin aradan qaldırılmasında günəş, hava və su əvəzolunmaz amillərdir.