Son əlavə olunanlar

Dastanlar

“Eyvazın Çənlibelə gətirilməyi” qolu

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Bu səbəbdən Nigar xanım çox qəmli idi. Koroğlu da ona baxıb kədərlənirdi. Aşıq Cünunun işi belə görüb dedi: – Ay qoç Koroğlu, elə buna görə məlulsan? Sənin mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi. Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi igid, Yusif kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verərəm, gətirib özünə oğul eləyərsən. Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı razı oldu.   

"Dəmirçioğlunun Çənlibelə gəlməyi" qolu

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. 

"Durna teli" qolu

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi.

"Koroğlunun Ərzurum səfəri" qolu

Ərzurumlu Cəfər paşanın Cünun adlı bir aşığı vardı. Cünun çox məclislər görmüş ustad aşıq idi. O, çoxdan idi ki, Çənlibelə gedib Koroğlunu görmək istəyirdi. Amma Cəfər paşadan qorxurdu.

“Koroğlunun qocalığı” qolu

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu. Yanında bircə vəfalı alagöz Nigar qalmışdı. Bir yaz günü idi. Koroğlu paslı Misri qılıncı belinə bağlayıb Nigarı da yanına alıb piyada harasa gedirdi.  Baxdı yolun qırağında bir kişi bir cüt öküz otarır. Amma kişinin çiynində yarı taxta, yarı dəmir bir şey var. Kişinin yanına gəlib soruşdu:

“Qulun qaçması” qolu

Eşit quldan! Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu xanın yanına.