Son əlavə olunanlar

Dastanlar

Novruz-Qəndab dastanı

Sizə xəbər verim Diyarbəkrdən. Burada Kərim adlı paşa yaşayırdı. Kərimin var-dövləti həddən artıq idi. ancaq övladı yox idi. O, bütün mahalın ağsaqqalını yığıb, onların tədbirinə görə mal-dövlətini üç qismə bölüb fağır-füqaraya payladı. Tanrı ona övlad verdi. Uşaq Novruz bayramında anadan olduğu üçün adını Novruz qoydular. Uşağı dayəyə verdilər. Yeddi yaşı tamam olanda molla məktəbinə qoydular. Günlər gəlib keçdi, Novruz bütün elmləri sinədəftər etdi.  

Şəhriyar dastanı

Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir.

Dastani-Əhməd Hərami

Azərbaycan ədəbiyyatının ən gözəl, ən dəyərli nümunələrindəndir.

Abbas və Gülgəz

Məhəbbət dastanıdır. Aşıq Abbas Tufarqanlının şeirləri əsasında yaradılmışdır. Bu dastanın yaradıcıları Abbasın həyatı ilə əlaqədar hadisələri əsas götürərək, zəmanənin bir sıra vacib, zəruri məsələlərini dastanın əsas mövzusuna daxil etmişlər. Dastanda əsərin qəhrəmanı aşıq Abbasla şah Abbas arasındakı mübarizə, münasibətlərin kəskinliyi təsvir olunmuşdur.

Qandal Nağı dastanı

Qaçaq hərəkatı ilə bağlı epik örnəklərdəndir. Qaçaq dastanları xalqın qəhrəmanlıq tarixidir.

Oğuz xaqan haqqında rəvayət

Oğuz xaqanın tarixi prototipi hunların başçısı Mode ola bilər. Ona görə də bu tarixi şəxsiyyət haqqında bir neçə söz söyləmək istərdik. Mode Tumanın böyük oğul və şanyu hunlarının vəliəhdi idi. O, b.e.ə 206-cı ildə atasının ölümündən sonra taxta çıxmışdır. Modenin hakimiyyəti dövrü Hun dövlətinin qızıl dövrü hesab edilir.