Ustad belə rəvayət edir ki, Qaraman şəhərində iki qardaş var idi. Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan Qaraman şəhərinin padşahı, Əhməd onun vəziri idi. Mal-dövlətləri bihədd, cah-calalları bihesab idi. Ancaq heç birinin züryəti yox idi ki, öləndə yerlərində qalsın.