Son əlavə olunanlar

Şeirlər

Zahid Xəlil. Gün çıxdı

Dan söküldü, Səma güldü. Gecə qaçdı, Necə qaçdı!

Zeynal Cabbarzadə. İlin fəsilləri

Baharı çox sevirəm, Hər tərəf yaşıllaşır. Dağlardan gələn sular, Sel olub, aşır-daşır.  

Rüxsarə İbadova. Neçə olacaq?

Üçün üstünə əgər, İki gəlmək istəsən Cavab neçə olacaq, Tapıb deyə bilərsən?

Mənsur Həsənzadə. Çiçək

Yüz bağban yığışıb min çiçək əksin, Çatmaz ki ətrinə, Çiçək, ay Çiçək. Çəksə, nektarını qoy arı çəksin, Qonmasın üstünə milçək, ay Çiçək.

Nüsrət Kəsəmənli. Hələ bu dünyayla işim var mənim

Hələ bu dünyayla işim var mənim, Bu dünya qarışıq yuxular görür, Hələ bu dünyanın qapılarından Yaxşıya qarışıb yaman da girir.,.

Cahangir Məmmədov. İynə

Əlimə batma, aman! Axı çox bərk incidir. Mən heç nə tikməmişəm, Bu işim birincidir.