Şeirlər
Zahid Xəlil. Gün çıxdı
Dan söküldü,
Səma güldü.
Gecə qaçdı,
Necə qaçdı!
Bulud qaçdı,
Duman qaçdı,
Yaman qaçdı!
Göy üzündə
Günəş yandı.
Dəniz güldü,
Göy allandı,
Nur ələndi,
Çəmənliklər
Sığallandı.
Gündü, çıxdı!
Gündü, çıxdı!
Kəhər ata
Mindi çıxdı!