Son əlavə olunanlar

Xəbərlər

Yeni robot kənar əşyaları tanımağı öyrənib

Massaçusets Texnologiya İnstitutunun kompüter elmləri və süni intellekt laboratoriyasının mütəxəssisləri kompüter görməsi üzrə yeni texnologiyanın təsvirini dərc ediblər. Cari ilin oktyabrında Sürixdə keçiriləcək robotların təlimi üzrə konfransda yeni texnologiya haqda daha ətraflı məlumat veriləcək.

Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib

Sentyabrın 11-də Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib. Şəhərin 6-cı mikrorayonunda fəaliyyətə başlayan bağçada 3-6 yaşlı uşaqlar üçün iki bölmə fəaliyyət göstərəcək.

Uşaqlar üçün elan olunan rəsm müsabiqəsi davam edir

Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsi davam edir.

Milli İncəsənət Muzeyində uşaqlar üçün konsert proqramı təqdim olunacaq

Sentyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi palitrası” adlı yeni əyləncəli proqram təqdim olunacaq.  

"Müasir Azərbaycan" mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir

Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "İnvest-Az" İnvestisiya şirkətinin dəstəyi ilə "Müasir Azərbaycan" mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsinə start verilib.

“Microsoft” korporasiyası “Windows 7” sistemini 2023-cü ilədək dəstəkləyəcək

“Windows 7” əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər “Windows 10” sisteminə keçməyə tələsmir. “Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 2020-ci il yanvarın 14-də dayandırılmalı idi, ancaq “Microsoft” bu müddəti daha 3 il uzatmağa dair qərar verib.