Son əlavə olunanlar

Xəbərlər

Bakıda beynəlxalq teatr həftəsi keçiriləcək

Noyabrın 6-dan 11-dək Bakıda 2-ci Beynəlxalq M.A.P Teatr Həftəsi keçiriləcək.

Rus Dram Teatrında ailəvi şou təqdim olunacaq

Oktyabrın 28-də Rus Dram Teatrının səhnəsində "L.O.L kuklaları - əylən və parlaq ol" adlı tamaşa təqdim olunacaq.   

Şüvəlanda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib

Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbir Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Bakıda Kütləvi Futbol Həftəsi festivalı təşkil ediləcək

Sentyabrın 24-dən 30-dək “Grassroots” həftəsi çərçivəsində “Enjoy with football” layihəsi reallaşacaq.

Bakı şəhəri və Şuşa rayonunun məktəbləri arasında əməkdaşlıq əlaqələri qurulur

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu 62 nömrəli, Nəsimi rayonu 247 nömrəli və Şuşa rayonunun 18, 19, 21 nömrəli məktəbləri arasında əməkdaşlıq əlaqələri yaradılır. Məktəblər arasında əməkdaşlıq əlaqələri "Təhsilə dəstək" layihəsi çərçivəsində imzalanan niyyət protokoluna əsasən qurulur.

Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər

Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində Naxçıvana gələn nümayəndə heyətinin bir qrup üzvü sentyabrın 23-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub, buradakı uşaqlarla görüşüb.