Son əlavə olunanlar

Xəbərlər

Yeni tədris ilində 165.780 şagird birinci sinifdə təhsil alacaq

Yeni tədris ilində ümumtəhsil müəssisələrində ümumilikdə 1.592.317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165.780 şagird isə birinci sinifdə təhsil alacaq.

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən III Beynəlxalq Meqapolis Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər.  

Azərbaycan Skautlar Assosiasiyası Mingəçevirdə avarçəkmə düşərgəsi təşkil edəcək

Sentyabrın 7-9-da Mingəçevirdə skautların avarçəkmə düşərgəsi təşkil olunacaq.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin yekun tədbiri olub

Uşaqların ictimai fəallığının artırılması, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Uşaqların sevinci bizim sevincimizdir” devizi altında  avqustun 2-dən açıq elan edilmiş “Yay məktəbi” bu gün sona çatıb.

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib, onlara məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim edilib.  

“Skype” servisində zənglərin yazılması əlçatan olub

“Skype” servisində çoxdan gözlənilən zənglərin yazılması funksiyası əlçatan olub. Yadda saxlanılan səs və videoların surəti “bulud” sistemində saxlanılacaq, bu səbəbdən xidmətin istifadəçiləri istənilən qurğudan onlara giriş əldə edə biləcək.