Son əlavə olunanlar

Təbiət

Bir dişli sarımsaq

Təbiətdə qeyri-adi tərəvəzlər çoxdur. Ancaq günlük həyatımızda rast gəldiyimiz tərəvəzlərin qeyri-adi növlərinə nadir hallarda rast gəlirik. Bunlardan biri də bir dişli sarımsaqdır. 

Ağciyəri olan balıq

İkitənəffüslülər (lungfish) həm qəlsəmə, həm də ağciyərlə tənəffüs edən şirin su balıqlarıdır.  Xoanlar yarımsinfinə aid dəstəüstüdür. Bu balıqların hal-hazırda, Afrika, Cənubi Amerika və Avstraliyada yaşayan 6 növü var.

Granadilla meyvəsi

Granadilla və ya grenadia kimi tanınan Passiflora ligularis meyvəsi qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növüdür. 

Titikaka gölü

Titikaka gölü — dünyanın ən hündürdə yerləşən gölüdür. 8288 kvadrat km sahəyə sahib olan göl And dağlarının Altiplano adı verilən platosunda, Peru və Boliviya arasında yerləşir. Cənubi Amerikanın ən böyük şirin sulu gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlmişdir.

Sehrli dovşan

Sehrli dovşan Ochotinadae fəsiləsinə aid məməlidir. “İli Pika” adlanan bu dovşan  dünyada yalnız Tyanşan dağlarında, Çinin şimal-qərbindəki Sinzyan vilayətində yaşayır.

Elektrikli ilan balığı

Elektrikli ilan balığı "Electrophorus electricus" Amazon çayında  yaşayır. Uzunluğu 2,4 metrə, çəkisi isə 45 kq olan bu balığın bədəninin üçdə ikisi (əsasən quyruq hissəsi) elektrik istehsal edən orqanik sinir lifləri ilə örtülüdür. Balıq, sayı 5.000-6.000 qədər olan bu liflər sayəsində 550-1300 Voltluq elektrik istehsal edə bilir. Balıqdan yayılan bu elektriyin gücü, balığın 2 m. uzağındakı canlıları belə öldürəcək qədər şiddətlidir.