Dünyanın ən yaşlı zeytun ağacı- Ano Vouves
Dünyanın ən yaşlı zeytun ağacı Yunanıstanda, Krit adasının Ano Vouves kəndində bitir. Ona görə də ağaca Vouve zeytunu deyilir. Ağacın dəqiq yaşı hələ də müəyyən olunmayıb. Əsrlər keçdikcə “ağacın ürəyi” deyilən hissə yoxa çıxdığına görə, yaşı radioktiv izotoplarla dəqiq hesablamaq mümükün olmayıb. Lakin ağac halqalarını analiz etdikdə onun ən az 2000 yaşı olduğu görünmüşdür.