İlyas Tapdıq. Qorxu
Dörd yoldaş dәrәdә
Gecәlәdilәr.
Şirin bir yuxunu
Heç elәdilәr.
Kor dedi:—Ay aman,
Qaraltı gәlir.
Kar dedi:—Bayaqdan
Taqqıltı gәlir
Lap yaxındadır
Eşidilәn sәs,
Üzә çıxacaqdır
İndi gәlәn kәs...
Çılpaq әsә-әsә
Boylandı yola,
Gecәnin bu gecә
Vaxtı xeyir ola?!
Qorxuram, quldurlar
Tәlә qurarlar,
Bircә köynәyim var
Soyundurarlar!..
Çolaq çәliyini
Yerdәn götürdü, Doğrudan-doğruya
Qaraltı gördü,
Dedi:—Nәyә gәrәk
Boş nağıl açmaq;
Bircә әlac qalır—
O da ki qaçmaq!