Şeirlər
Fərəc Fərəcov. Hanı, böyümürəm mən?!
Anası üz-gözündən
Tutub öpdü Elşənin.
Dedi bu gün beş yaşın
Tamam olubdur sənin.
Bax, yadında saxla ki,
Böyümüsən nə qədər,
Daha nəsihətlərim
Gərək getməyə hədər.
Elşən baxdı özünə,
Fikir verin sözünə,
Dedi: - bəs niyə, nədən,
Hanı, böyümürəm mən?!