Asim Yadigar. İsgəndər və qarpız qabığı
Dünyada heç bir kəsə
Əyilməyən İsgəndər.
Yolla getdiyi yerdə
Yerə dəydi bir səhər.
İsgəndər bircə anda
Sıçradı, qalxdı yerdən.
Gözlərinə bir qarpız
Qabığı dəydi birdən.
İsgəndər qılıncını
Tez çıxartdı qınından.
Qarşısında durmuşdu
Amansız düşmən о an.
Tikə-tikə doğradı
О qabığı İsgəndər.
Heyrətlə baxırdılar
Fatehə sərkərdələr.
Üz tutaraq İsgəndər
Dedi sərkərdələrə.
Düşməni aciz sanıb
Rəhm еyləmə bir kərə.
Mənə düşmən kəsildi
Мəni yıxan bu qabıq.
Düşmən zəif olsa da
Sonuna çıxmalıyıq.
Yoxsa o da bir zaman
Beləcə sıxar bizi.
Bircə anın içində
Torpağa yıxar bizi.