Musiqi

Toplan uşaq mahnısı

Salam, əziz uşaqlar,
Mənim də bir itim var.
Onun adı Toplandır,

Şirindir, mehribandır.


Ay, nə gözəldir adı,
Toplan indi hardadır?
Eyləmə sən etiraz,
Gətir, oynayaq bir az.


Toplan, Toplan, hardasan?
Çıx gəl ordan, hardasan?
Axtarıram mən səni,
Yordun ay, Toplan, məni.


Sən harda gizlənirdin?
Bizimlə əylənirdin.
Toplan, qorxutdun məni,
Qorxdum, itirdim səni.