Şeirlər

Elman Həbib. Şaxtaçı babam

Babam şaxtada
İşləyir çoxdan.
Təzəcə çıxıb
Girdiyi dağdan.
Dağı əynindən
Soyunur babam,
Günəş nurunda
Yuyunur babam.