Rəfiqə Qasımqızı. Tapmaca-şeir
Elə gözəl ətri var,
Ağappaqdır çiçəyi.
Yaşıl muncuğu qalar,
Töküləndə ləçəyi.
Günəşin şəfəqindən,
Qızarar yanaqları.
Yağışlı havalarda,
Çatlayır "dodaqları".
Elə gözəl görünür,
Yarpağın arasında.
Qırmızısı, sarısı,
Budağın sırasında.
(G***s)
Səhər günəşə,
Baxar sevincək.
Yanağında var,
Xalları tək-tək.
Boyu balaca,
Var ağ çiçəyi.
Şirin, dadlıdır,
Bağın göyçəyi.
Rəngi qırmızı,
Gözəl ətri var.
Tapın adını,
Siz, ay uşaqlar.
(Ç*****k)
29.09.2025