Təbiət

Dünyanın ən qısa boylu ağacı Cırtdan söyüd

Heyrətamiz, bitki kimi görsənən Cırtdan Söyüd (elmi adı Salix Herbacea) - dünyanın ən kiçik ağacıdır. Boyu orta hesabla cəmi 2 santimetrdir. Ancaq yeddi santimetrə qədər olan "nəhəng" cırtdan söyüdlər də qeydə alınıb.

 

Xarici olaraq, ağac daha çox çəmən kimidir, lakin parlaq, yaşıl yarpağı möhkəm tuta bilən nazik, eyni zamanda elastik bir saplağa sahibdir. Onların diametri bir-iki santimetrdir. Söyüdlər ailəsinin bütün üzvləri kimi, Salix Herbacea da erkək və dişi sırğalara malikdir, erkək sırğalar sarı, dişi isə qırmızıdır.

 

Cırtdan söyüd torpağın üst qatında çoxalan səthi bir kök sisteminə sahibdir.


Planetimizin ən kiçik ağacı Qrenlandiyada, Kanadada Appalaç dağlarınının şimal yamaclarında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə bitir. Buralar olduqca sərt bölgələrdir, buna görə də kiçik bitki ən güclü küləklərdən və soyuqdan qorunmaq məqsədi ilə yosunlarda, qayaların aralarında, torpaqda gizlənir. Ağaclar bir-birinə çox yaxın bitir, gövdələri ilə birləşirlər və beləliklə isinirlər.

 

Həddindən artıq şoran və qeyri münbit torpaqlar cırtdan söyüdün yetişməsində bir maneə deyil.


Növlərin nümayəndələrindəki bitki örtüyü prosesi iqlim qurşağından asılı olaraq dəyişir. Alp dağlarının cırtdan söyüdləri qönçələrini aprel ayına qədər açır, digər alt növlərdə böyümə mövsümü daha sonra başlayır.


Dünyanın ən qısa boylu ağacı təbiətdə çox vacib bir rol oynayır. Soyuq enliklərdə, şimaldakı bir çox sakin üçün qidadır - böcəklər, quşlar, marallar üçün. Ehtiyatları praktik olaraq zədələnib qurumur, çünki cırtdan söyüd zərərdən mükəmməl və tez bir zamanda bərpa etmək qabiliyyətinə malikdir. Həm də bu bitkinin "örtüyündə" böcəklər soyuq havadan sığınırlar və quşlar yuva qurmaq üçün gövdə və yarpaqlardan istifadə edirlər.