Tapmacalar
- A quş, hardan gəlirsən?
- Qanlı qaya dibindən.
- Qanın niyə qurumuş?
- Allah belə buyurmuş.
Cavab:Kəklik
***
Alaca-bulaca,
Uçdu qondu ağaca.
Cavab:Sağsağan
***
Axşam anadan olar,
Səhər durar, yer ovar.
Cavab:Cücə
***
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.
Cavab:Qaranquş
***
Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.
Cavab:Xoruz
***
Axşam yığılar,
Səhər dağılar.
Cavab:Toyuq-cücə
***
***
Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
Cavab:Yarasa
***
Dağdan gəlir kəhər at,
Zalım, gözəl kəhər at,
Ayağmda qıl sicim,
Budu gəldi kəhər at.
Cavab:Qızılquş
***
Əyri boyun, sarı dimdik,
Gödək ayaq, yaşıl papaq,
Suda gəzər, yastı-yapalaq.
Cavab:Ördək
***
Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.
Cavab:Sığırçın, ağacdələn
08.12.2018