Həşəratlar haqqında maraqlı tapmacalar
![]()
Ağ otun alasına,
Gül düşdü talasına.
Elə də quş olarmı,
Yem verməz balasına.
(Cavab: Çəyirtkə)
Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək.
Havadadır qanadı yox,
İpək toxur, cəhrəsi yox.
(Cavab: Hörümçək)

Alalar ha alalar,
Erkək, dişi balalar.
(Cavab: Arı)

Altı ayaq, bir daban,
Ağzı qara, gözü yox.
(Cavab: Baramaqurdu)

Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi.
Nə sümüyü var, nə iliyi.
(Cavab: Kəpənək)
Yol üstə qazan qaynar.
(Cavab: Qarışqa)

Qanı var, canı yox.
(Cavab: Ağcaqanad)
13.04.2018