Nağıllar, hekayələr

Salam Qədirzadə. 46 bənövşə (1-ci hissə)

Dostum podpolkovnik  Ədalət Mehdiyevə ithaf edirəm.                                  

 O QIZIN XATİRƏSİ
Səndən nə gizlədim!  Olan oldu, keçən keçdi.  Mən əvvəllər də birini sevmişdim.  Bu, çoxdankı əhvalatdır.  O vaxtdan azı on beş il ötür.  Lakin mən heç nəyi unutmamışam.  Sinəm qalın bir kitab kimi acı, şirin xatirələrlə doludur.  Həmin qızın şəkli  indi də evdə albomun arasındadır.  Həmişə mənə baxır, gülür…  Bəlkə də o, başqaları üçün gözəl deyildi.  On yeddi yaşına yenicə keçmiş o bəstəboy qızın girdə, əsmər sifəti, nazik, gödək qaşları, qara kirpikləri, mavi gözləri vardı.  Kəhrəba təkin sarı ipək tellərini oğlansayağı vurdurardı.  Ətli dodaqları, üzərinə şeh düşmüş üzüm giləsi kimi təravətli idi.  Mənimlə danışanda səsi titrər, yanaqları pörtər, teztez gülümsəyər, gözləri lap balacalaşardı. Sifətində, baxışlarında həmişə nə isə gizli bir kədər sezilərdi.  Könül sevən göyçək olar.  Doğrusu, mənim üçün ondan gözəl, xoşxasiyyət, mehriban bir qız təsəvvür etmək çətindi.  Eh!.. Keçən günlər yadıma düşdü, yaram təzələndi… Bizim məhəbbətin ömrü çox gödək oldu  tez açdı, tez də soldu.  Müharibə o sevdalı qızı böyük faciə ilə məndən ayırdı. Getdi…   Bütün arzuları, istəkləri ürəyində getdi…

Bu arada həyəcanlandım, səsim qırıldı. Əllərim əsəəsə bir papiros yandırdım, torpağa dirsəkləndim. Tüstünü hərisliklə ciyərimə çəkdim.  Deyəsən bu söhbəti nahaq başlamışdım. Məhbubə yaman tutulmuşdu, yerində rahat otura bilmirdi.  Enibqalxan uzun kirpikləri altından gözləri ulduz kimi parlayırdı.  Evləndiyimiz bir il ərzində onu heç vaxt belə pərişan görməmişdim. Axı mən nə edə bilərdim! Dost arası pak gərək! Gectez bu məsələni ona açacaqdım.   Şirin yalandansa, acı həqiqət yaxşıdır.

 Sən ürəyinə heç bir şey gətirmə, əzizim,  dedim, yanımda əyləşib, gözlərini məlulməlul mənə zilləmiş Məhbubənin xurmayı tellərini sığalladım.  Sonra burnunu ehmallıca çırtmaladım.  Ay şeytan!  Sən ki, lap uşaqsan.  Onu bilirsən indiyədək səndən gizli sirrim olmayıb.  Xasiyyətimə ki, yaxşı bələdsən.  Hələ nişanlı ikən görüşdüyümüz vaxtlar mən hər şeyi sənə danışmışdım.  Ancaq nə üçünsə, səbəbini özüm də bilmirəm, bu əhvalatı indiyədək açmamışdım…  Düzünü desəm, elə məni bu yay Ukraynaya çəkib gətirən də o qızın xatirəsi oldu.  Əvvəlcə ezamiyyət alıb tək gəlmək istədim.  Sonra fikirləşdim ki, sən Dnepr sahillərini gəzməmisən, səyahətə bərabər çıxmağımız daha yaxşı olar  həm «Burada insan yaşamışdır» əsərim üçün təzə material toplayaram, həm də birlikdə istirahət edərik…

Məhbubənin gözləri yol çəkdi.  Bayaqdan əlində saxladığı kitabı örtüb qırağa qoydu.  Sonra yerdən bir ot qoparıb dişlərinin arasında qıraraq, asta, mülayim səslə dilləndi

 Mən səni başa düşürəm.  Keçənə güzəşt deyərlər. Sən bütün olubkeçənləri mənə danış.  Bir də… bir də axı, bu məndən qabaqkı əhvalatdır. Onda biz ancaq tanış idik.  Doğrusunu bilmək istəsən, elə o zaman sən cəbhədən qayıdandan sonra ailə qurmağa tələsmədiyindən də bu sirri duymuşdum… Anan mənə heç nə danışmamışdı, hər şeyi özüm başa düşmüşdüm.

Məhbubə söhbətimdən rəncidə olduğunu gizlətməyə çalışaraq, «keçənə güzəşt» deyib incimədiyini söyləsə də, buna əsla inanmırdım.  Əgər belə isə, bəs onun uzun, qara qaşlarının teztez çatılmasına, ala, badamı gözlərinin mənə şikayətlə baxmasına səbəb nə idi!  Yanaqlarının qızartısı niyə çəkilmişdi!  Həmişə gülər üzünü indi bu kədər buludu nahaqdanmı almışdı!

Mən bir an düşünüb davam etdim

 Doğrudur, Məhbubə, hətta o qızdan sonra evlənməyəcəyimə söz vermişdim.  Lakin olmadı. İllərlə yolumu gözləyən ağbirçək anamın xəlvətdə tökdüyü göz yaşları qəlbimi yumşaltdı, məni bu fikirdən daşındırdı.  Bir də başa düşdüm  ki, bununla ancaq öz gələcək həyatımı, səadətimi pozacağam.  Ailəsiz, uşaqsız yaşamağı təsəvvür edə bilmədim. Özümə ləyaqətli ömürgün yoldaşı səni seçdim, Məhbubəcan!

Mən papirosumu sümürüb torpağa basdım, dərindən, sinə dolusu köks ötürdüm.   Nəfəsimdən qarşımdakı zərif otlar titrədi.  Gözaltı Məhbubəni süzdüm.  Deyəsən qaşqabağı bir az açılmışdı.

 Bilsən ki, anam dilimdən ilk dəfə sənin adını eşidəndə nə qədər sevindi!   Arvad elə həmin axşam geyinib birbaş sizə elçiliyə getdi.  Bunlar ki, yadından çıxmayıb!

 Bəs sonra nə oldu  deyə Məhbubə kirpiklərini qaldıraraq kdərdənmi, fərəhdən yaşarmış gözlərini mənə dikdi.  

 Sonra toy elədik, səni evimizə gətirdim.  İndi həyatımı sənsiz təsəvvür edə bilmirəm…

Mən susdum. Bu ara yel əsdi, saçlarımı şıltaq qız kimi üzümə dağıtdı.

Məhbubə hüzn qarışıq bir xoşbəxtliklə gülümsədi, başını dizimin üstünə qoydu, gözlərini yumdu…

İki həftədir ki, biz Dneprin qumlu sahilində, Alyonuşka kəndinin yaxınlığında palıd, şam, ağcaqayın ağaclarının arasında böyük bir talada məskən salmışıq.  Gündüzlər təbiətin geniş qoynunda  açıq havada, axşamlar isə kiçik çadırda yaşayırıq.   Bizim talaya, sanki üstündə ağ, sarı, qırmızı gülləri olan yaşıl bir xalça döşənmişdir.   Sübh çağı burada xırda quşlar civildəşir, əlvan qanadlı kəpənəklər birbirini qovaraq uçurlar.  Hərdən uca şamlara qonan ağacdələnlər dimdikləri ilə budaqları taqqıldadıb yeknəsəq səslər çıxarırlar.   Məhbubə ocaq qalayıb paltar yuyanda, sabunlu suyun ətrafında çömçəquyruqlar cövlan edir.  Axşamlar ay çıxanda ağacların arasından talaya işıq süzülür.  Mən bu vaxtlar gəzməyi çox sevirəm.  Məhbubəni götürüb çayın qırağına enirəm.  Dneprin gümüşü suları sahilin qumlarını yalayaraq axır.   Cilvələnəcilvələnə, ahəstə, həzin bir mahnı kimi axır.  Azacıq sonra Alyonuşka kəndinin evləri, ağacları, hündür kilsəsi qaranlıqda əriyib görünməz olur…  

Bu sakitlik içərisində uzaqlarda, haradasa mahnı oxuyan qızların şən səsləri havada pərdəpərdə dalğalanaraq Dneprə qarışır.  Ay sularda yuyunur.  Biz talaya qayıdanbaş ətrafa baxanda, üstünə qara ləkələr düşmüş ağ mərmər sütunları xatırladan ağcaqayınlardan savayı heç nəyi sezmirik  ilbizlərin bezikdirici mahnısından başqa heç nə eşitmirik.  Bu vaxt nədənsə adama elə gəlir ki, sakit durmuş yarpaqların arasında, hərəkətsiz dayanmış ağacların dibində müəmmalı, sirli bir şey gizlənmişdir.  Mən sərin, yaşıl otların üzərində arxası üstə uzanıb zümrüd göyləri seyr edəndə sanki ən geniş ekranlı bir kino tamaşasına baxıram.  Bu nəhayətsiz ekranda nəhəng pambıq tayalarına oxşar ağ buludlar ağırağır hərəkət etdikcə, ay gah taladan gümüş tellərini yığışdırıb onların arxasında gizlənir, gah da zümrüd boşluqlarda görünərək aləmə nur səpələyir.    Hərdən, ulduzlar bu qalın buludları doğrayıb parçalamaq istəyirmiş kimi göydə odlu qılınclar sıyırır, soldan sağa, sağdan sola şığıyır…

Bəli, bizim yaşadığımız tala gecələr də, gündüzlər də çox sakit olur.  Burada səs salan təkcə quşlardır…

Bakıdan gələndə biz lazım olan hər şeyi özümüzlə gətirmişik. Hətta balaca samovarımız da vardır.  Məhbubə çadırımıza təsadüfən gələcək qonaq üçün artıq boşqab, çəngəlbıçaq gətirməyi də unutmamışdır.  Ancaq bu neçə gündə həmişə açıq olan qapımızdan hələ heç kəs içəri girməmişdir.

Səhərlər nahardan sonra «evimizi» yığışdırıb «Volqa»ya oturaraq yaxın, uzaq kəndləri gəzirik.  Mən maşından düşüb kolxozların əkin sahələrinə gedirəm, adamlarla görüşüb söhbətləşirəm.  Ukraynalılar bizi gülər üzlə qarşılayır, evlərinə dəvət edirlər.  Axşam yenə talaya gəlirik, mən çadırı qururam.   Şamdan sonra Məhbubə lampa işığında oturub kitab oxuyur, mən isə maşında əyləşib, dəftərçəmə qeyd edirəm.  

Gündüzlər hava qızanda çayda çimir, narın qumun üstündə uzanıb dincəlirik kiçik qayıqlarda avar çəkən gənclərə, balıq tutan qocalara tamaşa edirik.

Bizim bu köçəri həyatımız mənə də, Məhbubəyə də o qədər ləzzət verir ki, hər il istirahət aylarımızı belə keçirməyi arzulayırıq…

 Yatmısanmı  deyə, bayaqdan başını dizimin üstünə qoyaraq, gözlərini yumub hərəkətsiz uzanmış Məhbubəni çiynindən astaca tərpətdim.  Qaş qaralır, hava sərinləşir, sənə soyuq dəyər, gülüm.

O, üzünü mənə çevirdi.

 Yatmamışam,  dedi.  Fikirləşirəm.

Və üşüyürmüş kimi dizlərini yığaraq mənə qısıldı.  Sonra bir uşaq sadəlövhlüyü ilə gözlərimin içinə baxdı

 O ukraynalı qızın adı nə idi Onun haqqında bir az danışsana,  dedi.  Dedi və cavab gözlədi.  Mən Məhbubənin qəlbini sındırmaq istəmədim.

 Dur çadıra keçək.  Lampanı da yandır.  Bu gecə sənə onun haqqında yazdıqlarımı oxuyacağam.  Qoy ürəyin nigaran qalmasın…

Məhbubə kibritimi götürüb ayağa qalxdı. Beşcə dəqiqə sonra biz lampa işığında üzüzə əyləşdik.  Məhbubə pencəyimi çiyninə salıb balışa dirsəkləndi.  Çadıra bir müddət tam sakitlik çökdü.

Çırağın ətrafında xırda pərvanələr fırlanırdı. Titrək, zəif lampa işığında Məhbubənin girdə ağ bənizi, düşüncəli ala gözləri, çiyinlərinə tökülmüş pərişan xurmayı saçları onun gözəlliyini daha da artırırdı.

Mən, dəftəri açmamış Alyonuşkanın hekayəsi yazılan o itirilmiş dəftəri xəyalımda vərəqləyib sözə başladım

 O Dnepr qızının adı sadəcə Lena idi.  Mən onu Alyonuşka çağırmağı çox sevərdim.  Müharibə bizi ayrı salanda mən sağ biləyimdən yaralanmışdım.  Müalicə zamanı həkimlər barmaqlarımın açılması üçün mənə ovcumda rezin top oynatmağı və mümkün qədər çox yazıbpozmağı tövsiyə eləmişdilər.  Bütün qohumlarıma, dostlarıma uzunuzadı məktublar qaralayıb göndərirdim.  Bir gün bu məktublara son verdim, qalın bir dəftər götürüb Alyonuşkanın hekayətini yazmağa başladım.  Mən çoxlu kitab oxusam da, bu işdə səriştəm yox idi.

Bəli, gecəgündüz yuxunu özümə haram edib, o qızın heykəlini xəyalımda candandırdım, kağıza köçürdüm. Bir günüm, bir saatım həyəcansız keçmədi.  Həmişə düşüncəli gəzdim, fikirli dolandım. Yeməyiniçməyin vaxtını unutdum.  Üç ayda üç ilin əziyyətini çəkdim.  Nəhayət, Lenanın faciəli hekayətini yazıb qurtardım.   Elə bil onu yenidən mənə qaytardılar.  İndi bu cansız dəftər mənim üçün hər şey idi  Alyonuşkanın özü, Alyonuşkanın məhəbbəti idi!  Mən bu sözləri deyərkən qəhərləndiyimi, səsimin titrədiyini hiss edib, özümü ələ aldım.  Yenə bir papiros yandırıb, yenə dərindən köks ötürdüm.   O qızın  Lenanın məhəbbəti əlimi sağaltdı.  Mən təzədən vuruşa getdim.  Lakin bu dəfə… çox ağır yaralandım.  Hərbi xəstəxanaya məni huşsuz gətirmişdilər. Üçüncü gün gözlərimi açan kimi dəftəri axtardım…  tapmadım! Və o zaman Lenanı ikinci kərə itirdim!..

İndi mən bura həmin hekayəti yenidən yazmaq üçün gəlmişəm.  Lenanın kəndini, onun gəzdiyi, vuruşduğu yerləri təsəvvürümdə təzələmək üçün gəlmişəm, Məhbubə.  Mən təzədən yazdığım bu yarımçıq əsərimi birinci dəfə sənə oxuyuram. Müharibədə gördüklərimin hamısını xatırlamasam da, yadımda qalanları yazmışam…  deyə həmişə özümlə gəzdirdiyim qalın dəftəri açıb qarşıma qoydum.  O qızın adı sadəcə Lena idi. Mən onu Alyonuşka çağırmağı çox sevərdim…

 


BAHARIN SON GÜNÜ

…Hava yaman bürkü idi.  Bakı təbiətinə xas olan isti iyun günləri bu il də özünü göstərmişdi.  Suçiləyən maşınlarla teztez isladılan küçələr o dəqiqə quruyur, asfaltdan duman kimi buxar qalxırdı.  Şəhərin hərarəti sanki Xəzərin sərinliyini də udmuşdu.  Dəniz xamuş, ləpələr sakit idi…

Qulamgilin bulvara baxan pəncərələri taybatay açılsa da, evlərinin zərif, tül pərdələri belə tərpənmirdi.  Lakin bu istinin fərqinə varmayan Pakizə xalanın şadlıqdan ayağı yer tutmurdu.  Arvad gah mətbəxə keçib göygöyərti təmizləyir, gah böyük otaqda açılmış qonaq stolunu səliqəyə salır, gah da evi yığıbyığışdırırdı.  Arabir də, ona köməyə gəlmiş qonşu qız Məhbubəyə tapşırıqlar verirdi

 Başına dönüm, mənim balam, düyünü arıdıb qurtaran kimi sən qabqacağı sil.  Dolmaları özüm bükərəm.  Hələ eveşiyi də sahmana salmaq lazımdır.

Pakizə xala mətbəxdə vurnuxduqca özözünə düşünürdü  «Bu gün baharın axırıncı günüdür. Sabahdan yay başlayır. Doğrudan, bu yay bizə nə böyük xoşbəxtlik gətirdi!  Oğlum məktəbi qurtardı, məni sevindirdi.  Kaş həmişə yay ayları belə gələydi!..»

Ana heç vaxt bu günkü qədər şad, anna heç vaxt bu günkü qədər fərəhli olmamışdı!

Qırmızı güllü sarı çit paltarının üstündən ağ önlük taxmış Məhbubə, teztez üzünə tökülən xurmayı tellərini əli ilə dala hamarlayaraq, Pakizə xalanın tapşırıqlarına əməl edirdi.  Ev sahibəsi hərdən bu qəşəng, qonşu qızı gözaltı süzür, onun hərəkətlərini diqqətlə izləyirdi.  Alçaq kətildə oturmuş Məhbubə heç nəyə məhəl qoymadan, dizi üstə tutduğu məcməyidəki sədri düyüsünü arıtlayır, arabir də mızıldayır, astadan nə isə oxuyurdu.

Pakizə xalanın indiyə kimi həmişə uşaq sandığı qonşu qız bu gün birdənbirə onun diqqətini cəlb etmişdi.  Arvad meynə yarpağına ət büküb sapa taxdıqca fikirləşirdi   «Dəli şeytan deyir, elə Qulama bu qızı nişanlayım.   Özü də çox işgüzar, zirək uşağa oxşayır.  Gözəlliyinə də, namxudamaşallah, söz ola bilməz, gözqaşı elə bil əllə çəkilib.  Həm də ağırsəngin qızdır…».

 Pakizə xala, sağlıq olsa, Qulam barədə fikrin nədir, onu hara qoymaq istəyirsən  deyə bu arada Məhbubə başını qaldırmadan soruşdu.

 Nə bilim, qadan alım, mənimki bura qədər idi.  Oxutdurdum, onilliyi qurtardı.  İndi hara getmək istər, hansı peşəni seçər, özü bilər.   Arvad bir an susub sözünə əlavə elədi  Deyir, curnalist olacağam, institutu bitirəcəyəm, yazıpozu dalısınca düşəcəyəm. Görmürsən, elə indidən işigücü söz quraşdırmaqdır.   Srağagün eşitmədin radioda uşağım nə danışırdı

Məhbubə işdən əl saxlayıb Pakizə xalaya tərəf döndü.

 Hə…  Doğrudan, tamam yadımdan çıxmışdı!  Qulaq asırdım, deyirdi, mən universiteti bitirib mətbuat sahəsində çalışacağam.  Hələ deyirdi, nə bilim, uşaqlıqdan məktəbdə divar qəzetinə redaktorluq eləmişəm, bu işə böyük həvəsim  var.  Yamanca basıbkəsirdi.   Səsi də çox dəyişmişdi, yekə kişi təkin danışırdı.

Pakizə xala gözlərini ağartdı

 Ey, ey! Ona sataşma ha! Kişi kimi danışmamış necə danışacaqdı!  deyə zarafatla Qulamı müdafiə elədi.  Bu günsabah bir dənə gözəlgöyçək qız alaram onunçün, olar lap bığıbırma kişi.

Məhbubə başını dala atıb, əlini sinəsins qoyaraq elə ucadan qəhqəhə çəkdi ki, az qala məcməyidəki düyünü döşəməyə səpələyəcəkdi.

 Bığıburmaha…  Qız yaşarmış gözlərini sildi.  Onun ki, heç bığı çıxmır!

 Tez ol, ay qızım, başımız söhbətə qarışdı, işin hələ çoxusu qalıb,  deyə Pakizə xala onu tələsdirdi.  Məhbubə məcməyini ikiəlli götürüb ayağa qalxdı.
 Düyünü arıtlayıb qurtardım! İndi də nimçələri silim
 Həri, balam, əldən zirək ol. Az danış, çox iş gör.
Bir müddət hər ikisi susdu. Sonra Pakizə xala nə düşündüsə, qızdan soruşdu
 Məhbubə bu il sənin neçə yaşın tamam olur
Bu gözlənilməz sualın mənasını dərk etməyən qonşu qız fikirləşmədən cavab verdi
 On yeddi, Pakizə xala. Doqquzuncu sinfə keçmişəm də.
Arvad başını tərpətdi
 Keçərsən…
«Mən gec ayılmışam, bu qız mütləq Qulama qismət olmalıdır!  deyə Pakizə xala yenə bayaqkı fikrinin üstünə qayıtdı.  Heç nahaq yerə elçiliyə gedib özgə qapısını döyməyəcəyəm.  Görəsən elə fürsət ikən qızın özünə də eşitdirsəm necə olar..»
Bu vaxt Məhbubənin sildiyi qablardan biri əlindən yerə düşüb, arvadı diksindirdi.
 Vay!  Məhbubə cilikcilik olub mətbəxin döşəməsinə səpələnmiş nimçənin qırıntılarına baxaraq qızardı. 
 Eybi yoxdur, aydınlıqdır!  Qızı pərt  görən Pakizə xala dilağız elədi.  Heyfsilənmə. Başına sadağa. Təki sınan qab olsun, qəlb olmasın.
Məhbubə əyilib nimçənin qırıntılarını yığmağa başlayanda, birdən nə gördüsə, ucadan şən bir qaqqıltı çəkib uğundu.
Arvad matmat ona baxdı, heç bir şey anlamadı.
 Nəyə gülürsən  Soruşdu və sonra qızın bu nüfuzedici qəhqəhəsindən özünü saxlaya bilməyib, Məhbubəyə qoşuldu.  Qonşu qız haçandanhaçana sakit olub, qırıqqırıq kəlmələrlə  arvada dedi
 Pakizə xala, sınan boşqab öz evimizdən gətirdiklərimdəndir. Sən ürəyinə salma.
Məhbubənin heçdən yaranan bu şənliyi arvadın qəlbini fərəhlə doldurdu. İstəristəməz bəxtəvər qonşu qıza qibtə elədi.  Pakizə xala ömründə bəlkə də ilk dəfə ötən gəncliyi üçün heyfsiləndi.  Sonra bir də dönüb Məhbubənin ağ, girdə sifətinə, zərif burnuna, çatma qələm qaşlarına, badamı ala gözlərinə baxdı. Qadın, iyirmi üç il əvvəl itirdiyi şux gəncliyini sanki bu gün qonşu qızın qəhqəhəsində tapdı  ər evinə köçürüləndən sonra solan gözəlliyi elə bil yenidən Məhbubənin simasında təravətləndi.
 Sən bizdən ayağını kəsmə, qızım.  Evimizə teztez gəl.  Eşidirsənmi, bala Mənim səndən çox xoşum gəlir.
Məhbubə dinmədi.
 Ancaq yaman güləyənsən ha!  deyə arvad ürəyindəkini də gizlədə bilmədi.
Qonşu qız tutuldu. Məyus halda bir neçə dəfə kirpik çalaraq, ona baxıb susdu, sonra astadan soruşdu
 Gülməyim, Pakizə xala
Arvad Məhbubənin könlünə toxunmaq istəmədi.
 Xətrinə dəyməsin, göyçək balam,  dedi,  mənim yanımda nə qədər istəyirsən gül, danış, şənlik elə… Ancaq axşam qonaqlar gələndə ağır otur, batman gəl.  Qulamın müəllimləri də bizdə olacaqlar, yaxşı düşməz. Eşitdinmi, sənə qurban olum
 Baş üstə.
Artıq qonşu qıza Qulamın gələcək nişanlısı gözü ilə baxan Pakizə xala bu sözləri deməkdə özünü tamam haqlı sayırdı.  Arvad, valideynlərindən Məhbubənin «hərisini» ala biləcəyinə əsla şübhə eləmirdi.  Axı, onlar Qulamın necə «təmiz uşaq olduğunun» ən yaxın şahidi idilər.   «Pakizə bacı, sən xoşbəxt anasan ki, belə oğul böyütmüsən. Qulam, göz dəyməsin, çox ağıllıdır, bizi hər görəndə əldənayaqdan gedir.  Hələ indiyəcən nə mənim, nə də Məhbubənin atasının bir sözünü iki eləməyib.  Həmişə bazardan gələndə əlimizdə ağır şey nə görsə, alıb evimizəcən özü gətirir.  Çox hörmətcil, başıaşağı oğlandır…»   Məhbubənin anası, Pakizə xalaya dönədönə bu cür razılıq eləmişdi.
 Yaxşı,  arvad beynində çox götürqoy elədikdən sonra yenə bayaqkı söhbətin üstünə qayıtdı,  deməli, qızım, indi sənin on yeddi yaşın var, hə..  Doqquzumcuya keçmisən
Məhbubə gülümsədi, gözlərini geniş açıb qaşlarını qaldırdı.
 Bəli, Pakizə xala… Axı sən bunu niyə belə teztez xəbər alırsan
 Tələsmə, bala, bir azdan hər şeyi özün biləcəksən,  deyə arvad dodaqlarını birbirinə qısıb, mənalımənalı başını tərpətdi.   «Doğrudan, bu ilki yay evimizə nə böyük xoşbəxtlik gətirdi!  Axşam qonaqlar dağılandan sonra Qulama hər şeyi başa salacağam.  Qoy özü də Məhbubəyə baxsın, görək nə deyir.  Ah… kaş həmişə yay ayı bizə belə xoş xəbərlə gələydi!..»
Ana heç vaxt bu günkü qədər şad, ana heç vaxt bu günkü qədər fərəhli olmamışdı!
Pakizə xala bu fikirlərdə ikən qapı qəfildən açıldı. Qulam, əlində bir neçə fərə, sevincək içəri girdi.
 Ana, aşın üstünə qoymağa dörd dənə toyuq almışam, bəsdirmi  deyə hələ dəhlizdən soruşdu  Sonra ayaqları bağlı fərələri yerə qoyub mətbəxə keçdi  qonşu qızı orada görcək  Oho… xoş gəlmisən,  dedi.  O gün olsun, sən də məktəbi qurtarasan, əziyyətini mən çəkim.
Məhbubə sədəf dişlərini göstərib güləgülə təşəkkür elədi
 Borclu borclunun sağlığını istər.
Qulam geri dönəndə ayaq saxlayıb, qıza tapşırdı
 Atana da, anana da de ki, saat səkkiz üçün bizdə olsunlar.
Məhbubə yenə zarafatından qalmadı
 Bəs mən
 Sənə demək lazım deyil, onsuz da gələcəksən. Hə, ana, düzdürmü
 Ay başına dönüm, bu dilotu yemiş, bayaqdan məni dəng eləyib, deyir, süfrəni özüm düzəldəcəyəm.  Bəs məclisə qulluq göstərən adam stolun başında əyləşməzmi
Qulam Məhbubəyə yaxınlaşıb saçını qarışdırmaq istədisə də, bacarmadı, qız bir sıçrayışla onun əlinin altından çıxaraq qırağa tullandı.
Toyuqların dəhlizdə qaqqıldaşdığını eşidən Pakizə xala oğluna dedi
 Zarafatı sonra eləyərsiniz, indi vaxtı deyil. Mənim əlimdə işim var, sən keç hamamxanada o heyvanları candan elə, ver Məhbubə yolsun.
Qulam anasının sözlərindən diksinən kimi oldu. O, ömründə heç bir quşu candan eləməmişdi. Doğrusu, toyuqları alanda bu barədə fikirləşməmişdi.  İndi bunu qonşu qıza bildirməyi qeyrətinə sığışdırmadı.
 Bu saat, ana!
Üstünə qan sıçramasın deyə, ağ ipək pencəyini çıxarıb mıxdan asdı. Məhbubənin verdiyi çörək baçığanın ağzı ilə baş barmağının dırnağını qaşıdı.
 Bu ki, lap kütdür!  deyib yenidən mətbəxə keçdi, bıçağı, bayaq Məhbubənin silib təmizlədiyi nimçələrdən birinin altına çəkdi.  Sonra fərələrdən lap balacasını götürüb özünü hamamxanaya verdi.
 Ay bala, yöndəmini düz tut, heyvanın dilini çıxar, haram olmasın,  deyə Pakizə xala mətbəxdən eşitdirdi.
Qulam, toyuğun qanadlarını ayağının altına alıb, başından yapışdı. Məhbubə də bir qıraqda dayanıb üzgözünü büzüşdürərək diqqətlə baxırdı.
 Hə, tez ol, daha yazığı çox incitmə!  deyə qız onu tələsdirdi.  Qulam bıçağı yaxınlaşdıranda, necə oldusa fərə çırpınıb qırağa atıldı.
 Məhbubə, qoyma!  deyə Qulam, qızın başı üstündən açıq pəncəryə tərəf uçan toyuğun dalınca yüyürdu.  İkisi də qollarını yana açıb onu tutmağa nə qədər səy elədilərsə, bir şey çıxmadı.  Məhbubə hər dəfə fərəni qapazlamaq istəyəndə pəncələri şappıltı ilə döşəməyə dəyirdi.  Pakizə xala isə yerindən tərpənmədən onlara baxıb altdanaltdan gülürdü.
Ölümdən yaxa qurtarmağa can atan toyuq qanadlanıb pəncərədən bayıra uçmaq istəyəndə, hər ikisi eyni vaxtda onu havada qamarlamağa cumdu.   Vəziyyət elə oldu ki, Məhbubə toyuğu, Qulam isə Məhbubəni qucaqlayıb sinəsinə basdı…  Oğlan tutduğu hərəkətdən utansa da, qız buna heç bir məna vermədən, özünə məxsus şadlıqla ucadan, lap ucadan qəhqəhə çəkdi.   Lakin birdən səsi yarıda qırılmış kimi oldu  yəqin ki, Pakizə xalanın bayaqkı öyüdnəsihətini xatırlayıb susdu.
 Ver mənə!  deyə Qulam toyuğu ehtiyatla onun əlindən alıb yenə hamamxanaya keçdi.  İkicə dəqiqə sonra o, pərt halda mətbəxə qayıdıb, bıçağı stolun üstünə tulladı.
 Ana, mən bacarmıram!  dedi.  Ürəyim gəlmədi. Qonşuya kəsdirərsən.
Qulam daha cavab gözləmədən pencəyini götürüb, yan otağa girərək, qapını örtdü.  Məhbubə ağzını əli ilə tutub gülməyini güclə saxladı.
…Axşam Qulamın yaxın yoldaşları, müəllimləri və Məhbubənin ataanası onlara toplaşdılar.
Pakizə xala ilə qonşu qız da işlərini qurtardıqdan sonra gəlib stol başında qonaqların yanında əyləşdilər.   Gecəyədək yedilər, içdilər, danışdılar, güldülər.
Lakin səhər…

 

 

     
Lakin səhər tezdən eşitdikləri qara bir xəbər hamını sarsıtdı  müharibə başlanmışdı!
Sən demə, dünən gecə onlar səslərini ucaldıb danışanda, sərhəd rayonlarda neçələrinin səsi zəifləyib susmuşdu.  Dünən gecə ana öz oğlunun yeni, xoşbəxt həyata atıldığına nə qədər sevinmişdisə, uzaqlarda neçə ana öz oğlunun xoşbəxt həyatdan getdiyinə o qədər kədərlənmişdi.  Dünən gecə Məhbubə qəhqəhə ilə güldüyü dəqiqələrdə neçə qız ahnalə ilə ağlamışdı.  Dünən gecə burada qədəhlər cingildəyib sağlıq deyiləndə, cəbhədə mərmi qəlpələri pəncərələrin şüşələrini cingildədib, «ölüm» demişdi!
…Neçə saat idi ki, Pakizə xala ağlamaqdan yorulmaq bilmir, Qulam qəhərdən danışmırdı.  «Bu il yay bizə nə böyük bədbəxtlik gətirdi! Kaş heç vaxt belə yay gəlməyəydi, özü ilə bəd xəbər gətirməyəydi!»  deyə arvad içiniçin sızıldayırdı.
Ana heç vaxt bu günkü qədər kədərli, ana heç vaxt bu günkü qədər məyus olmamışdı!..

 

BAKI QALDI UZAQLARDA

Axşamlar həmişə saysızhesabsız lampaların nurunda yuynan şəhər indi qaranlıqda gizlənmişdi.  Damlar da, evlər də, küçələr də qaşqabaqlı görünürdü.  Bakı, övladları müharibəyə getmiş ana təkin qara örtüb, dərin xəyala dalmış, susmuşdu.  Bu qərib sakitliyi ancaq, hara isə tələsirmiş kimi teztez ötüşən yük, minik maşınlarının həyəcanlı siqnalı, arabir məftillərdən göz qamaşdırıcı qığılcım qoparan tramvayların cingiltili zəngi və hündür dirəklərdə danışan radioların səsi pozurdu.  Bəzən də şəhərin üfüqlərində güclü projektor zolaqları çalımçarpaz kəsişərək, sağasola hərəkət edir, qaranlıq boşluqları axtarırdı.  
Küçələr sakit, küçələr qaşqabaqlı, küçələr kimsəsiz idi.
Bu axşam təkcə bir yerdə, dəmir yolu vağzalında qələbəlik vardı. Burada qaynaşma içərisində tərpənmək belə müymkün deyildi.  Vaqonlar da, yollar da, platformalar da adamla dolu idi.  Ağac atsaydın yerə düşməzdi.  Ana oğlunu, bacı qardaşını, qadın ərini çağırır, havada müxtəlif nidalar birbirinə qarışırdı.  Parovozlar qulaqbatırıcı fit verib vaqonları yoldanyola keçirir, qatarları gah geriyə, gah da qabağa çəkirdi.  Bu axşam havanın istimi, soyuqmu, fəslin baharmı, qışmı olması heç kəsi maraqlandırmırdı.  Bütün beyinlərdə ancaq bir fikir dolaşırdı  «Müharibə!».
Bu ayrılıq dəmində ətrafdan eşidilən sözlər adamın ürəyini dəlirdi
 Mənim əziz balam, amanın günüdür, muğayat ol, özünü soyuğa vermə…
 Rəxşəndə, qızım ayaq açan kimi şəklini çəkdirib mənə göndərərsən…
 Ata, anamı fikir eləməyə qoyma, sağlıq olar, tezliklə gələrəm, görüşərik…
 Böyükağa, məni sevirsənsə, hər gün məktub yaz. Yoxsa durub dalınca fronta gələcəyəm…
 Ay ana, axı bu göz yaşı nəyə gərəkdir! Özünə toxtaqlıq versənə…
Bu sonuncu sözləri söyləyən Qulam idi.
 Dilinə qurban, mənim balam, axı necə ağlamayım Sən ki, bir toyuğun başını üzə bilmirsən, gedib odunalovun içində neyləyəcəksən!  Ciyər kababı kimi sızıldayan Pakizə xala qara yaylığının ucu ilə gözlərinin yaşını sildi.  Qulam əlini anasının boynuna saldı, özünə yad bir səslə astadan, lakin ciddi tərzdə dedi
 Ona qalsa, elə buradakı taytuşlarım hamısı mənim kimidir, ana. Bizim heç birimizə məktəbdə hərbi təlim keçməyiblər, toptüfəng atmaq öyrətməyiblər.
 Doğru deyir də, ay Pakizə xala, ürəyini niyə qısırsan!  Sən Qulamı lap uşaq hesab eləmə. Maşallah, daha bığıburma kişidir,  deyə bayaqdan kənarda dayanaraq susan Məhbubə bu arada dilini saxlaya bilməyib söhbətə qarışdı.  Qızın yarı gerçək, yarı zarafatla söylədiyi bu sözlər Qulamı ötürməyə gələnlərin qəlbinə bir yüngüllük gətirdi.  Bəziləri astadan güldü.  Arxadan qızı dümsüklədilər.  Məhbubə geri dönəndə anasını gördü.  «Sus!.. Dilini gödək saxla!» Atası da ona gözlərini ağartdı. Qulam qaranlıqda anasının, qohumlarının, yoldaşlarının, müəllimlərinin kədərli sifətini süzüb, sinə dolusu köksünü ötürdü.  O, hamının baxışında özünə qarşı əvvəlkindən qatqat artıq bir məhəbbət, səmimiyyət oxudu.  Bəlkə də elə buna görə onlardan ayrılmaq Qulama bu gün daha ağır gəlirdi.  Nəzərləri Məhbubənin üzünə dikiləndə bir addım irəlilədi.  Qıza toxunmaqdan ehtiyat edirmiş kimi, əlini ona tərəf uzadıb, tez də geri çəkdi.   Sonra astadan, mehriban bir səslə dedi
 Səndən bir xahişim var, Məhbubə.  Mənim anamı da özününkündən ayırma.  Onu fikir eləməyə qoyma.
Qız da həmin mülayim tərzdə, sakitcə cavab verdi
 Arxayın ol, Qulam. Sən bunu deməsən də…
Məhbubə sözünün dalını gətirə bilməyib köyrəldi və cəld geri çevrilərək anasına qısıldı.  Onun bu hərəkətindən Qulam da təsirləndi.  Burun pərələri qabarıb yatdı, dodaqları birbirinə kilidləndi.  Vəziyyəti büruzə verməmək üçün üzünü anasının yanağına söykədi.  Lakin onun necə köyrəldiyini özündən başqa heç kəs hiss etmədi.
 Hə, necəsən, anacan Gələndə sənə teleqramm vuracağam, mənim üçün yenə toyuqplov bişirəsən, yaxşımı
 Belə mənim bu gözlərim üstə, oğlum!  Qonşu qızın göz yaşlarının parıltısını görən Pakizə  xala onun ürəyini almaq üçün sözünə əlavə elədi  Gərək onda da Məhbubə gəlib mənə əl tutsun… hə, qızım
«Diqqət! Diqqət!..»
Naməlum səmtdən gələn bu boğuq səs vağzaldakı minlərlə adamı bircə anda susdurdu.  «Əziz analar, bacılar və qardaşlar!  On dəqiqədən sonra ikinci platformadakı yetmiş bir nömrəli hərbi qatar yola düşəcəkdir.  Xahiş olunur, görüşə gələn vətəndaşlar geri çəkilsinlər.  Çağırışçılar əvvəlcədən təyin olunduqları vaqonlarda öz yerlərini tutsunlar…» Radio hələ sözünü sona çatdırmamış stansiyadakı səsküy və qarmaqarışıqlıq birəbeş artdı.  Analar cəbhəyə yola saldıqları övladlarına sarıldılar, göz yaşları içərisində onları duz kimi yalayaraq xeyirdua verdilər. Bacılar qardaşlarının boynunu qucaqlayıb, dönədönə üzündən  öpdülər.  Atalar oğullarının əlini sıxıb, uğurlu yol dilədilər.  Qadınlar ərlərinə tezliklə salamat qayıtmasını  tapşırdılar.  Uşaqlar atalarından əsgər paltarında şəkil çəkdirib göndərməyi xahiş etdilər.   Sevgililər bir qırağa çəkilərək pıçıldaşdılar…
Pakizə xalanın titrək səsi güclə eşidildi
 Get, bala, amanın günüdür…
 Darıxma, anacan, yolumu gözlə, qayıdacağam!  deyə həyəcanla uacadan qışqıran Qulam dala baxmadan yüyürəyüyürə qatara yaxınlaşıb bir sıçrayışla vaqona atıldı.
Parovoz sanki bütün anaların, bacıların sinəsindən qopan kədərli bir ahla dərindən köks ötürdü.  Gecənin qaranlığında minlərlə yaylıq göyərçin kimi havada qanad çaldı.  Vaqonlar taraqqataraq birbirinə dəydi, qatar ağırağır yerindən tərpəndi.   İzdiham da həmin ahənglə dalğadalğa onun ardınca axışdı.
Qulam pəncərədən boylanıb bir daha anasını axtardı. Ancaq bu dəfə bir deyil, minlərlə ana gördü.
Qatar sürətini artırıb dəmir relslərlə qaranlığa şığıdı.  Bakı qaldı uzaqlarda…  uzaqlarda…